Monoqrafiya qaraciyər rezeksiyasının bir çox nəzəri və praktik məsələlərinə həsr olunmuşdur. Kitabda qaraciyərin müasir cərrahi anatomiyası, görüntüləmə və laborator müayinə üsulları, cərrahi xəstəlikləri, rezeksiya üsulları, əməliyyatdan sonrakı ağırlaşmalar haqqında müasir dünya ədəbiyyatındakı mə'lümatlar müzakirə edilmiş və ümumiləşdirilmiş şəkildə təqdim edilmişdir. Qaraciyər rezeksiyasının, qaraciyər travmalarının orijinal təsnifatından bəhs edilmişdir. Qaraciyərin rezektabelliyini tə'yin etmək üçün yeni əməliyyatdaxili müayinə üsulunun tətbiqi haqqında mə'lumat verilmişdir. Normal və fibrotik qaraciyərdə parenximanı kəsmək üçün istifadə olunan əzmə, ultrasəs bıçağı və ultrasəs bıçağı ilə arqonlu koaqulyatorun birgə tətbiqi üsulları ilə əlaqədar aparılan oriijinal klinik tədqiqatın nəticələri təqdim edilmişdir. Monoqrafiya cərrahlar, elmi işçilər üçün nəzərdə tutulmuşdur. 273 səh., 53 şəkil və qrafik, 15 cədvəl, 464 ədəbiyyat
CITATION STYLE
Bayramov, N. (1998). Qaraciyər rezeksiyası. Qaraciyər rezeksiyası. Print-72 matba, elektron-Azərbaycan Tibb Universiteti. https://doi.org/10.25045/k.nurubay.qcrez
Mendeley helps you to discover research relevant for your work.