Abstract
Təbabət, o cümlədən cərrahiyyə sürətlə inkişaf etməkdədir. Bu yeniliklərin bir çoxu, xüsusən də tomoqrafiya üsulları, endoskopik müayinələr, videoskopik müdaxilələr özlərinə praktiki cərrahiyyədə önəmli yer tutmaqdadır. Lakin, cərrahiyyədə illərin sınağından keçərək özünü təsdiq etmiş klassik diaqnostika və müalicə üsullarının da əvəzsiz yeri vardır. Yeni üsulların klassik cərrahiyyəyə qovuşması ilə müasir diaqnostika və müalicə yanaşmaları hasil olmaqdadır. Eyni zamanda dünyada xəstələrin müayinə və müalicəsində standart protokollara geniş yer verilməkdədir. Bu müasir praktiki məlumatları və istiqamətləri həm təcrübəli, həm də gənc cərrahlara çatdırmağa ölkəmizdə də ehtiyac vardır. Təqdim olunan kitabda təcili abdominal cərrahiyyədə ən çox rast gələn xəstəliklər və ümüumi ağırlaşmalar praktiki cəhətdən müasir səviyyədə ələ alınmışdır, protokollar hazırlanmışdır. Kitabda ümumi iltihab sindromu, şok, septik şok və orqan sistem yetməzlikləri kimi ümümi patologiyalar qısa və müasir baxışda təqdim edilmişdir. Dünyanın aparıcı məktəblərinin tövsiyə etdiyi elmi-praktik məlumatlara və müəllifin çoxillik təcrübəsinə əsaslanan müayinə və müalicə qaydaları praktik fəaliyyət göstərən cərrahlar üçün faydalı praktik vəsait olduğu şübhəsizdir.
Cite
CITATION STYLE
Bayramov, N. (2009). Təcili abdominal cərrahiyyədə müayinə və müalicə qaydaları. Təcili abdominal cərrahiyyədə müayinə və müalicə qaydaları. Qismət, Author. https://doi.org/10.25045/k.nurubay.tecilicerr
Register to see more suggestions
Mendeley helps you to discover research relevant for your work.