Abstract
Dərs vəsaiti Tibb Universitetinin müalicə fakultələrinin və tibb fakultələrinin yuxarı kurs tələbələri üçün nəzərdə tutulmuş və tədris proqramına uyğun yazılmışdır. Nazik bağırsağın nomaliyaları, inkişaf qüsurları, cərrahi xəstəlikləri, spesifik və qeyri-spesifik iltihab xəstəlikləri, nazik bağırsağın cərrahi əməliyyatlarından sonrakı patoloji vəziyyətləri, xoş- və bədxassəli törəmələri, onların epidemiologiyası, etiopatogenezi, patomorfogenezi, klinikası, müasir diaqnostikası üsulları və differensial diaqnostikası, cərrahi müalicə prinsiplərini əhatə edən ən yeni məlumatlar təqdim edilmişdir. Əyani şəkillər, faktoqrafik məlumatlar, cədvəllər, açıq və qapalı əməliyyatların fraqmentar təsvirləri və sxemləri biliklərin qavranıl-masını və mənimsənilməsinin keyfiyyətini artırmaq məqsədi ilə kitaba əlavə olunmuşdur. Vəsaitdən cərrahlıq fənnini tədris edən müəllimlər, praktik həkimlər (cərrahlar, onkoloqlar, ginekoloqlar, həkim-infeksionistlər, reanimatoloqlar və b.) də istifadə edə bilərlər.
Cite
CITATION STYLE
Bayramov, N. (2016). Nazik bağırsağın cərrahi xəstəlikləri. Nazik bağırsağın cərrahi xəstəlikləri. Təbib, Azerbaycan Tibb Universiteti. https://doi.org/10.25045/k.nurubay.nazikbc
Register to see more suggestions
Mendeley helps you to discover research relevant for your work.