Abstract
Canlı donor namizədlərində tibbi müayinələrin strateji hədəfləri donorluğu müəyyənləşdirmək və donoru qorumaqdır. Konkret məqsədlər isə donor namizədinin könüllülüyünu, sağlamlığını (orqanizmin və böyrəklərin), alıcıya uyğunluğunu və uzunmüddətli risklərini müəyyənləşdirməkdir. Bu məqsədlə aşağıdakı 5 klassik məsələlərin həll edilməsi nəzərdə tutulur: • könüllü olduğunu müəyyən etmək • donorda qalan və alıcıya köçürülən böyrəklərdə disfunksiyaya səbəb olan xəstəlikləri və risk amillərini ortaya çıxarmaq • donorla alıcının immun uyğunluğunu və böyrəyin morfofunksional uyğunluğunu müəyyənləşdirmək • əməliyyatdan sonrakı ağırlaşmalara səbəb olan disfunksiyaları və risk amillərini ortaya çıxarmaq • donordan alıcıya keçə bilən xəstəlikləri ortaya çıxarmaq
Cite
CITATION STYLE
Bayramov, N., Bayramova, T., Isazade, E., Mammadov, R., Namazov, A., & Guliyev, O. (2022). Canlı böyrək donorlarının müayinə və müalicə qaydaları. Canlı böyrək donorlarının müayinə və müalicə qaydaları. Azərbaycan Tibb Universiteti. https://doi.org/10.25045/k.nurubay.boyrek.donor
Register to see more suggestions
Mendeley helps you to discover research relevant for your work.