Hepatosellülyar Karsinomanin Diaqnostikasinda Süni İntellekt Alqoritmlərinin Rolu

  • Hüseynova M.R.
  • Bayramov N.Y.
  • Məmmədova M.H.
N/ACitations
Citations of this article
7Readers
Mendeley users who have this article in their library.

Abstract

Hepatosellülyar karsinoma ən çox yayılan bədxassəli törəmələr arasında beşinci yeri tutur və dünyada xərçənglə əlaqəli ölümün üçüncü ən çox yayılmış səbəbidir. Süni intellekt sürətlə artan maraq sahəsidir. Biz HSK-ın diaqnostikasında və qiymətləndirilməsində Sİ-nin tətbiqi barədə məlumat verən məqalələri araşdırdıq. Bu məqsədlə tərəfimizdən 27 məqalə təhlil edilmişdir. Təhlil edilmiş məqalələrdə KT görüntülərini öyrənən 19 məqalədə (41,30%), USQ görüntülərini öyrənən 20 (43,47%) və MRT görüntülərini öyrənən 7 məqalədə (15,21%) müxtəlif Sİ alqoritmləri qəbul edilmişdir. Heç bir məqalədə PET və rentgen texnologiyasında süni intellektin istifadəsi müzakirə edilməyib. Sistematik yanaşmamız göstərdi ki, HSK-nın diaqnostikası və qiymətləndirilməsi üzrə əvvəlki işlərdə USQ, KT və MRT istifadə edərək ənənəvi şərhin maşın öyrənməsi ilə müqayisəliliyi qiymətləndirilmişdir.

Cite

CITATION STYLE

APA

Hüseynova M.R., Bayramov N.Y., & Məmmədova M.H. (2023). Hepatosellülyar Karsinomanin Diaqnostikasinda Süni İntellekt Alqoritmlərinin Rolu. Azerbaijan Medical University Journal, 4(2), 1–12. https://doi.org/10.28942/amuj.v4i2.34

Register to see more suggestions

Mendeley helps you to discover research relevant for your work.

Already have an account?

Save time finding and organizing research with Mendeley

Sign up for free